Yumurta bahalaşacaq? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nəinki regionda, dünyada satışda ən ucuz yumurta Hindistandan sonra Azərbaycandadır. Azərbaycanda gündəlik tələbatdan 20-30% artıq süfrə yumurtası istehsal olunur.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli deyib.
O bildirib ki, hazırda ölkədə süfrə yumurtasına gündəlik tələbat 4 milyon ədəd civarındadır: "Amma istehsalımız 5,5 milyon ədədin üzərindədir. Nəinki regionda, deyərdim ki, dünyada satışda ən ucuz yumurta Hindistandan sonra Azərbaycandadır. Hazırda yumurtanın fabriklərdən çıxış qiyməti 6-7 qəpik, marketlərdə isə 8-9 qəpikdir. Bu isə maya dəyərindən 7 qəpik aşağı deməkdir. Ölkədə yumurta bolluğu var. Ona görə də böyük rəqabət var deyə hər kəs aşağı qiymətə malını satmaq istəyir".
Mütəxəssis Azərbaycanın yumurta ixracından da danışıb: "Damazlıq yumurta kifayət qədər artıqdır və ilin ilk ayı üçün 3-4 milyon ədəd damazlıq yumurta ixracımız gözlənilir. Süfrə yumurtasında da bu ay üçün təqribən 20 milyon ədəd ixrac proqnozlaşdırılır. İxracımız əsasən Yaxın Şərq ölkələrinədir. Ölkələr üzrə ifadə etsək, Əfqanıstan, Qətər, İraq, Kuveyt və digər ölkələri qeyd edə bilərik".
"Hazırda qiymətlərin qalxmasından söhbət gedə bilməz. Yaxın gələcəkdə də qiymətlərin qalxması gözlənilmir. Çünki yemin qiyməti stabildir. Eyni zamanda toyuq əti də ötən ilə nisbətən 4-5% ucuzlaşıb. Hazırda anbarlarda kifayət qədər ehtiyatımız var", - M. Həsənli vurğulayıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2024-cü ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 543,6 min ton ət, 2080,4 min ton süd, 2097,7 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,0 faiz, süd istehsalı 0,9 faiz, yumurta istehsalı 4,8 faiz artıb, yun istehsalı 2,1 faiz, barama istehsalı 32,9 faiz azalıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
XƏBƏR LENTİ
-
Sobada İzmir küftəsi resepti
-
İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"
-
Adil Yıldırım: "Gündə 20 dəfə əlaqədə olurdum, İtaliyada ciddi müalicə aldım" - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - (Foto)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Günün qoroskopu: Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)
-
Bəzi kolleclər bağlana bilər - (Video)
-
Bacısı Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
-
Deputatın oğlu "Yeraz Əhməd" dava edənləri barışdırmaq istəyirmiş - (Video)
-
"Cəhənnəm Necati"yə hökm oxundu
-
“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Engin Altana ağır itki - (Foto)
-
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
-
“Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə - Yenilənib
-
Zeytun Festivalının açılışı olub - (Foto)





