FHN əhaliyə xəbərdarlıq etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, müraciətdə qeyd olunub:
Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə toplanması, xüsusən restoran və şənlik zallarında, evlərdə keçirilən mərasimlər və bayram simvolu olan küknar ağaclarının işıqlandırılması yanğın təhlükəsini artırır. Kiçik ehtiyatsızlıq və ya diqqətsizlik bayramın gözəl ab-havasını poza bilər və acı nəticələrə gətirib çıxara bilər.
Fövqəladə Hallar Nazirliyi, bu səbəbdən, əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Təhlükəsizliyə dair əsas tövsiyələr aşağıdakılardır:
Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacları yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalıdır.
İşıqlandırmada yalnız saz və standartlara uyğun elektrik qurğu və cihazlarından istifadə edilməli, bu qurğular nəzarətsiz qoyulmamalıdır.
Küknar ağacı tezalışan oyuncaqla bəzədilməməlidir.
Pirotexniki vasitələrdən istifadə olunmamalıdır.
Həmçinin, bayram şənliyinin təşkil ediləcəyi məkanlar müvafiq yanğın təhlükəsizliyi qaydalarına uyğun olmalıdır.
Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükə yaradır!
Təhlükə vəziyyətində dərhal 112-yə zəng edin!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda mənzildə yanğın - Sakinlər təxliyə olundu
-
Masazırda ölümlə nəticələnən qəza baş verib
-
Gənclikdə yox, yaşlandıqca varlanacaq 4 bürc
-
Bakıda güclü qar, şaxta… - Hazırlıqlar başladı
-
Çində 4 metrlik nəhəng humanoid robot təqdim edildi: 500 kq yük qaldırır - (Fotolar)
-
Bu sürücüləri 800 manat cərimə gözləyir - (Video)
-
Ölüm hökmü 8 illik fasilədən sonra bərpa edildi - Bu ölkədə
-
"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
Banandan 3 dəfə çox kalium ehtiva edir: Gündə bir ovuc yemək kifayətdir
-
Mobil telefonlar da POS-terminal kimi istifadə olunacaq - (Video)
-
Üç bürc çox yaxşı dəyişikliklərə hazır olsun
-
Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı
-
İşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addım
-
Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
-
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
-
PSJ "Barselona"ya qalib gəldi, "Liverpul" və "Mançester Siti"dən qələbə
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi





