Qonaqlar çox, hotellər dolu...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yeni ilin gəlişi ilə əlaqədar bölgədə otellərdə lazımı hazırlıq işləri aparılıb. Bu il yerli turistlərlə yanaşı xarici qonaqlar da var. 4 ulduzlu otellərdə 2 nəfər lik standart otaq qiyməti 100-140 manat, 5 ulduzlu otellərdə isə otaqların minimal qiyməti 220 manatdan başlayır. Keçən ilin müvafiq dövrü ilə müqayisıdə qiymətlər təxminən 5-10 faiz arasında artıb.
Lənkəranda yeni illə əlaqədar istirahət mərkəzlərində bütün yerlər dolub. Yeni il gecəsi istirahət mərkəzlərində şou proqramlar təşkil ediləcək, canlı müsiqilər ifa olunacaq.
İsmayıllı rayonunda fəliyyət göstərən otel və otel tipli kotejlərdə də bayram tətili ilə əlaqədar bütün yerlər bron edilib. Qiymətlərdə bu il bahalaşma var. Otel sahibləri deyir ki, səbəb bazarlarda qiymətlərin kəskin qalxmasıdır.
Bayramla əlaqədar olaraq qonaqlar üçün xüsusi əyləncə proqramları da təşkil olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az