Ölkə

Leyla Əliyeva Ruandada reallaşdırılacaq layihələr üzrə görüşlər keçirib - FOTO

14 Dekabr 2024 12:29
Baxış: 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandanın paytaxtı Kiqali şəhərində bu ölkənin Xarici İşlər üzrə daimi katibi Klementine Mukeka ilə görüşüb.

Milli.Az xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi üzrə həyata keçiriləcək tədbirlər, ikitərəfli əməkdaşlıq müzakirə edilib. Vurğulanıb ki, Heydər Əliyev Fondu ilə Afrika ölkələri arasında gələcək faydalı əməkdaşlıq münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Leyla Əliyeva Ruandanın Gənclər və İncəsənət naziri Sandrine Umutoni ilə də görüşüb. Azərbaycan və Ruanda arasında mədəni əlaqələrə dair, təhsil sahəsində, eləcə də gənclərin mübadilə proqram çərçivəsində müzakirələr aparılıb, bu istiqamətdəki layihələrin xalqlar arasında münasibətlərə müsbət təsiri qeyd edilib.

Müxtəlif mövzulara dair sərgilərin təşkili kimi tədbirlərin xalqlarımızın bir-birini daha yaxından tanımasına imkan yaradacağı bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.