Hazırda oxunan: Azərbaycanda məhkəmə hakimlərinin neçə faizi QADINDIR?
Azərbaycanda 2023-cü ildə qadın hakimlərin sayı çoxalıb. Amma qadın hakimlərin sayı kişi həmkarlarından 3 dəfə azdır.
Milli.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ildə Azərbaycanda 139 qadın, 462 kişi hakim olub. Bu isə o deməkdir ki, qadınlar hakimlərin sadəcə 22 faizini təşkil edir.
Qeyd edək ki, Azərbaycanda qadın nazir və icra başçısı yoxdur.
Həmçinin, 2023-cü ildə cəmi 6 qadın nazir müavini vəzifəsində, 2 qadın Dövlət Komitəsi sədri, 3 qadın sədr müavini vəzifələrində fəaliyyət göstərib.
Milli.Az