Tanınmış iş adamının oğlu həbs edildi - “Plazalar kralı” qandallandı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"AQA Şirkətlər Qrupu"nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi həbs edilib.
Şirkətin vitse-prezidenti Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir.
Hüquq-mühafizə orqanları müəyyən edib ki, "plazalar kralı" kimi tanınan oğul Dəmirçinin rəhbərlik etdiyi "Monte Ferro" şirkəti Şəkinin meşəlik ərazilərində ağacları qanunsuz kəsib. Az qala, böyük bir meşə sahəsinin məhv edilməsi nəticəsində isə təbiətə nə az-nə çox - təxminən 8 milyon manatdan çox ziyan dəyib.
Qafar Dəmirçi ilə birgə şirkətin bir neçə əməkdaşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. "Plazalar kralı" işçiləri ilə məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilib.
Məlumat üçün deyək ki, bu yaxınlarda Dəmirçilərin meşələrə qənim kəsildiyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Həmin xəbərlərdə deyilir ki, Dəmirçilər Şəkidə 800 hektara yaxın ərazidə ağacları kürətdirib. İddia olunur ki, 2021-ci ildə sözügedən şəxslərə məxsus "Monte Ferro" şirkəti Şəkidə geniş bir ərazini zəbt edərək özəlləşdirib.
Məsələyə Şəki Şəhər İcra Hakimiyyəti də münasibət bildirib. Bununla bağlı paylaşımlara şərhlərdə reaksiya verən rəsmi qurumdan bildirilib ki, "Monte Ferro" MMC 2018-2019-cu illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə torpaq icarə müqaviləsi bağlayaraq fındıq bağı salınması məqsədilə Şəki rayonunun Göynük meşəbəyliyi ərazisindən (Layısqı yolunun kənarında) 800 hektara yaxın torpaq sahəsini icarəyə götürüb. Bu səbəbdən aqrotexniki tədbirlər həyata keçirilib və orada fındıq bağı salmağa başlanılıb. Qeyd edilib ki, 2024-cü ilin payız mövsümündə həmin sahədə fındıq bağlarının salınması işləri davam etdirilir.
Qeyd edək ki, "Demirchi Tower", "AGA İş Mərkəzi", "Ariana Business Park", "Caspian Business Center", "Lotfi Zadeh Texnologiyalar Mərkəzi" və başqa plazalar "AGA Şirkətlər Qrupu"na bağlı iş mərkəzləridir. Bundan əlavə şirkətdə "AGA Group" maliyyə ("Ferrum Kapital" və "Caspian Audit"), kənd təsərrüfatı ("AGA Agro", "Monte Ferro"), İnformasiya Texnologiyaları ("Bravo Online Systems"), turizm və hotelçilik ("Da Vinci" və "Caspian Palace" hotelləri) da fəaliyyət göstərir.
Bu yaxınlarda "AQA Şirkətlər Qrupu"nun dövlət büdcəsinə vergi borcunun olduğu barədə məlumatlar da yayılıb./"Qafqazinfo"
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Aygün Kazımova evindən video paylaşdı
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Gəmidə yaralanan Coşqunun (Fotosu)
XƏBƏR LENTİ
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Transxəzər nəqliyyat dəhlizi səyahət müddətini 66 faizə qədər azalda bilər
-
Gəmidə yaralanan Coşqunun (Fotosu)
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Fransanın yeni raketi Makronun gözü qarşısında sınaqdan keçirildi - (Video)
-
Sveta Əsədova vəfat etdi - (Foto)
-
“Son on ildə nə vaxt istirahət etdiyimi bilmirəm” - Marko Yankoviç
-
Fatma Bayramova vəfat etdi - (Foto)
-
Müəllimlər üçün geyim qaydaları açıqlandı
-
Nazir müavini təyin edilən Fazil Məmmədovun dosyesi
-
Fulya Öztürk onun adını daşıyan azərbaycanlı uşaqla görüşüb - (Video)
-
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı





