Ölkə

Bu yolda yeni nəsil işıqfor qoyuldu - Tez-tez qəza olurdu - VİDEO

9 Dekabr 2024 13:12
Baxış: 1 992
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yasamal rayonu, Nəriman Nərimanov prospektində (Mərkəzi Parkın yaxınlığı) yeni nəsil düyməli piyada işıqforları quraşdırılaraq istifadəyə verilib.

Bu barədə Milli.Az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yeniliyin tətbiqi ilə həm yaxınlıqda yaşayan sakinlər, həm də Mərkəzi Parka gələn vətəndaşlar keçiddən rahat şəkildə istifadə edə biləcəklər.

Qeyd edək ki, ərazidə eynisəviyyəli piyada keçidinin tənzimlənməməsi səbəbindən tez-tez qəzalar baş verirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.