Ölkə

"SOCAR-AQŞ" MMC-nin keçmiş baş direktorunun işində hakim dəyişdi - FOTO

6 Dekabr 2024 14:44
Baxış: 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"SOCAR-AQŞ" MMC-nin 54 milyonluq mənimsəmədə ittiham olunan keçmiş baş direktoru Ramin İsayevin işini araşdıran hakim dəyişib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, İsayevin məhkəməsinə bundan sonra hakim Vüqar Quliyev sədrlik edəcək. Onunla eyni tərkibdə Şəlalə Həsənova və Elmin Rüstəmov da yer alır.

Bu iş üzrə bir neçə aydır məhkəmə gedir. Bu günə kimi işə sədrlik hakim Faiq Qəniyevdə idi. Amma onun yuxarı instansiyaya təyinat alması irihəcmli cinayət işinə baxışı yarımçıq saxlayıb.

Hakim dəyişikliyi ilə bağlı istintaq yenilənəcək, məhkəmə sıfırdan başlayacaq. 

Qeyd edən ki, Ramin İsayev ötən ilin iyulunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İş üzrə dəymiş ziyan 54 milyon manatdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.