Noyabrın 30-dan dekabrın 1-nə keçən gecə Ağdərə rayonunda 4 nəfəron ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Tərtər sakini 1992-ci il təvəllüdlü Zülfüqarlı İlkin Qurban oğlunun sürdüyü "Nissan" markalı pikapda olanlar Suqovuşandan işdən qayıdırmış. Belə ki, hadisə zamanı xəsarət alan sürücü və sərnişinləri - Tərtər şəhər sakinləri 1999-cu il təvəllüdlü Kərimov Asif Rafiq oğlu, 1987-ci il təvəllüdlü Həsənov Mütalib Telman oğlu, 1998-ci il təvəllüdlü Məmmədov Samir Mədət oğlu və 1975-ci il təvəllüdlü Alxanov Sərdar İmran oğlu Suqovuşanda tikintidə çalışırmış.
Onlar axşam saatlarında işlədikləri yerdən yaşadıqları Tərtər şəhərinə qayıdarkən qəza baş verib.
Qəzada ölənlərdən 26 yaşlı Samir Məmmədovun fotosunu təqdim edirik:
Milli.Az