Cəbrayıla növbəti köç karvanı yola düşdü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Milli.Az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 40 ailə - 200 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə təxminən 30 min insan məskunlaşıb. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, hazırda bu bölgələrdə aparılan bərpa-quruculuq işlərinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
-
Bakıda yol xəttini qara boya ilə dəyişdilər - 3 nəfər saxlanıldı - (Video)
XƏBƏR LENTİ
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
-
Bakıda yol xəttini qara boya ilə dəyişdilər - 3 nəfər saxlanıldı - (Video)
-
Ledi Qaqanın ilk övladının adı və cinsi bəlli oldu
-
Rusiyada seçkilər başladı
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
-
Aras Bulut İynemli və daha 15 məşhur saxlanıldı - (Foto)
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Neftçi 1000-ci oyununa çıxır
-
Süni intellekt öz gələcəyini özü hazırlayır: Təhlükəli mərhələ başlayır
-
“Alya”nın ağlama səhnəsi müzakirə yaratdı – (Video)
-
Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Xətai və Sabunçuda qaz kəsiləcək
-
Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
"Aşk-ı Memnu"nun məşhur aktrisası vəfat etdi - (Foto)
-
Avropa Liqası: “Beşiktaş” Fransa nəhəngini darmadağın etdi
-
Nə yaşıl, nə də qara: Ən sağlam çay məlum oldu
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır





