Ölkə

Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildi

27 Noyabr 2024 15:05
Baxış: 2 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabiq deputat Fəzail Ağamalı və ailəsi məhkəməyə verilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, buna səbəb kredit borcu ilə bağlıdır.

Belə ki, "Agricola" şirkəti götürdüyü kredit borclarını vaxtında ödəməyib. Bu səbəblə "Aqrarkredit" QSC əsas borclu olan "Agricola" şirkətini və onun zaminlərini məhkəməyə verib. Məlumata görə, məhkəməyə verilənlər arasında keçmiş deputatdan başqa onun oğlanları Elçin, Yalçın, qızı hazırkı deputat Günay Ağamalı, nəvələri Samirə, Orxan və Kamran da var.

"Aqrarkredit" QSC-nin şikayətinə Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.