Bu xidmətlər pulsuz oldu - RƏSMİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda icbari tibbi sığorta sistemi, əhalinin yüksək keyfiyyətli tibbi xidmətlərə daha əlçatan olması məqsədilə tətbiq edilir.
Bu sistem insanların maliyyə yükünü azaltmaqla yanaşı, müasir tibb xidmətlərindən bərabər şəkildə yararlanmaq üçün geniş imkanlar yaradır.
Sığorta çərçivəsində vətəndaşlar təcili, ilkin və ixtisaslaşmış tibbi yardım, laborator və diaqnostik xidmətlər daxil olmaqla geniş spektrdə tibbi xidmətlər əldə edə bilirlər. İcbari tibbi sığorta həmçinin xəstəliklərin erkən aşkarlanması və profilaktikası üçün şərait yaradaraq cəmiyyətin sağlamlıq səviyyəsinin yüksəlməsinə xidmət edir.
Bu sistem vasitəsilə tibbi xidmətlərin maliyyələşdirilməsi mərkəzləşdirilir və şəffaflıq təmin edilir. Beləliklə, icbari tibbi sığorta ölkədə səhiyyə sisteminin inkişafına mühüm töhfə verməkdədir.
İcbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlərin sayı nə qədərdir? Gələcək daha hansı xidmətlərin bu zərfə daxil edilməsi planlaşdırılır?
Milli.Az-ın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığorta ölkədə tətbiq olunduğu dövrdən bugünə kimi əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək, tibbi xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Xidmətlər Zərfinə 2 dəfə dəyişiklik edilib: "İcbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlərin sayı 2 dəfə artırılaraq 3315-ə qədər yüksəlib.
Ötən il təminata alınmış əməliyyatlar sırasına ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər əlavə olunub. Habelə vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası kimi əməliyyatlar da daxil edilib.
Hazırda Xidmətlər Zərfi çərçivəsində qarşılanan tibbi xidmətlərin sayının artırılması məqsədilə ictimai müzakirələr keçirilir. İcbari tibbi sığorta ilə qarşılanan ürək-damar, neyrocərrahiyyə və oftalmoloji xidmətlərin növbəti ildə çeşidinin artırılması, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin də mərhələli qaydada sığorta ilə qarşılanması nəzərdə tutulub.
İlkin mərhələdə ürək-damar, həzm və tənəffüs sistemi xəstəliklərinin qarşılanması planlaşdırılıb. Prosesin tam və müasir standartlarda tətbiqi üçün texniki məsələlərin də tənzimlənməsi istiqamətində hazırlıq işləri görülməkdədir".
DİGƏR XƏBƏRLƏR
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
XƏBƏR LENTİ
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)





