Bakıda məktəbdən 2 ton yığıldı, emala göndərildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cari ilin aprel ayında Energetika Nazirliyinin dəstəyi ilə Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində başladılan "Green Note" layihəsinin birinci mərhələsi yekunlaşıb.
Milli.Az xəbər verir ki, layihə çərçivəsində məktəb şagirdləri və kollektivi tərəfindən təkrar emala göndərilmək üçün 2 tona yaxın kağız toplanıb.
Layihənin məqsədi məktəbdə istifadə olunmuş dəftərlərin və digər kağız məmulatlarının təkrar emala yönləndirilməsi ilə şagirdlər arasında ekoloji mədəniyyətin formalaşdırılması və təbiətin mühafizəsinə töhfə verməkdir.
158 nömrəli məktəbin direktoru Mehriban Ələkbərova layihənin məktəblilər arasında resurslara qənaət, tullantıların azaldılması və ekoloji dəyərlərin təşviqi baxımından mühüm rola malik olduğunu qeyd edib, bu təşəbbüsü təhsilin yalnız akademik biliklərlə deyil, həm də sosial məsuliyyətlə zənginləşdirilməsi yolunda mühüm addım kimi qiymətləndirib.
Layihənin ideya müəllifi və rəhbəri, 11-ci sinif şagirdi Kamilə Cəfərli bildirib ki, layihə çərçivəsində toplanan 2 ton kağız tullantısı təkrar emala yönləndirilməklə onlarla ağacın kəsilməsinin qarşısı alınıb, yüz minlərlə litr su və minlərlə kilovat-saat enerjiyə qənaət edilib. "Green Note" layihəsinin dayanıqlı yaşıl gələcək üçün cəmiyyətin bütün təbəqələrinə nümunə olacağına əminlik ifadə olunub və layihənin davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, "Green Note" layihəsi çərçivəsində 3 mindən çox şagirdin təhsil aldığı məktəbdə quraşdırılmış 12 ədəd toplama qutusu sayəsində tullantıların azaldılmasına və ətraf mühitə zərərin minimuma endirilməsinə mühüm töhfə verilib. Layihənin uğurlu nəticələri onun gələcəkdə digər təhsil müəssisələrində də tətbiqinə zəmin yaradır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ağır qəza: BMW və "Hyundai" toqquşdu, ölən var
-
Meteohəssas insanların diqqətinə
-
Azərbaycanda polis rəisinin müavini vəfat edib
-
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
THE JAPAN ESSENCE GLOBAL EXPO 2026-nın ilk günü uğurla başa çatdı - (Foto)
-
İstanbulda itkin düşən Türkmənistan vətəndaşının meyiti tapıldı
XƏBƏR LENTİ
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Messi bir oyunda iki rekord müəyyənləşdirdi
-
Bakıda ağır qəza: BMW və "Hyundai" toqquşdu, ölən var
-
İndoneziyada 5,3 maqnitudalı zəlzələ baş verib
-
Selcan Mahsudova batut gimnastikası üzrə Dünya kubokunun qalibi olub - (Foto)
-
Meteohəssas insanların diqqətinə
-
Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular
-
Azərbaycanda polis rəisinin müavini vəfat edib
-
Makron xalqa müraciət edəcək
-
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
THE JAPAN ESSENCE GLOBAL EXPO 2026-nın ilk günü uğurla başa çatdı - (Foto)
-
TƏHLİL Siyasi İslamın ixracı, kəşfiyyat xidməti – Türkiyə təşkilatlarına niyə yenidən baxılmalıdır?
-
FTX bu ərazini sərhəd zonası elan etdi
-
Misir Səudiyyə Ərəbistanına yardım edəcək
-
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi
-
Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar
-
İstanbulda itkin düşən Türkmənistan vətəndaşının meyiti tapıldı
-
Hindistanda yük maşını ibadət yerinə girdi - Çoxlu sayda ölən var
-
Ukrayna Rusiya ordusunun hərbi obyektlərini vurdu
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycanda sarı və narıncı xəbərdarlıq verildi
-
“Sabah” - “Borussiya” oyununu bu hakim idarə edəcək
-
İranın yeni müdafiə naziri seçildi
-
İran ABŞ-a çata bilən raketlər hazırlayır





