Ölkə

Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur

21 Noyabr 2024 13:15
Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İş adamı Ələsgər Əbdüləli oğlu Əliyevin ölkədən çıxışına məhdudiyyət qoyulur.

Milli.Az xəbər verir ki, Ə.Əliyevlə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib.

Mahiyyət xususi icraat - vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat). İş hakim Nərmin Əhmədovanın sədrliyi ilə noyabrın 29-da baxılacaq.

Qeyd: Bir neçə il öncə, iş adamının yerli mediada müraciəti dərc edilmişdi. Ə.Əliyev iddia edirdi ki, "Eurohome" tikinti bazarının sahibi Azay Möhnətovun bacısı oğlu Binyətov Elvin Səxavət oğlu dələduzluq yolu ilə onun 67 000 ABŞ dolları məbləğində vəsaitini ələ keçirib və məhkəmə qətnamələrinə baxmayaraq borcu qaytarmır. (pravda.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.