Ölkə

“Vətəndaş A”ya görə İTV-yə xəbərdarlıq

20 Noyabr 2024 17:30
Baxış: 1 162
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Audiovizual Şura "İTV"-nin efirində serialın nümayişi zamanı qeyri-etik sözlərin açıq yayımlanmasına görə kanala xəbərdarlıq edib.

Bu barədə Milli.Az-a Audiovizual Şuradan məlumat verilib. 

20 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbədənkənar onlayn iclası keçirilmişdir. İclas "İTV" kanalında yayımlanan "Vətəndaş A" serialında personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsi ilə bağlı məsələyə həsr olunmuşdur.

Müzakirə zamanı qeyd olunmuşdur ki, serialın yayımı zamanı personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmamış və bununla da, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulmuşdur.

Müzakirələrin nəticəsi olaraq Audiovizual Şura bir daha bu cür halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinə xəbərdarlıq etmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.