Bakıda avtobusların hamısı elektrik olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan dayanıqlı nəqliyyat sistemi qurmaqda qətiyyətlidir.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində keçirilən nazirlərin mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Azərbaycanın Milli Müəyyən Edilmiş Töhfələr (NDC) çərçivəsində "yaşıl nəqliyyat" siyasətlərinin planlaşdırılması və tətbiqi üçün praktik yollar müəyyən edilib:
"Emissiyaların azaldılması və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafına ciddi ehtiyac var. Bu istiqamətdə Azərbaycan qətiyyətlə irəliləyir".
R.Nəbiyev Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə öhdəliklərindən bəhs edərək bildirib ki, ölkə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmağı hədəfləyib. Onun sözlərinə görə, bu məqsədlə Bakı şəhəri üçün Mobillik Transformasiya Proqramı hazırlanıb:
"Bu proqram çərçivəsində hər bir aktiv mobil vətəndaş üçün iqlim və yol hərəkəti ilə bağlı emissiyaların 2030-cu ilə qədər 0,6 metrik ton CO2 səviyyəsinə qədər azaldılması planlaşdırılır. Ən müasir texnologiyaları və insan mərkəzli yanaşmanı birləşdirərək Azərbaycan daha "yaşıl" və daha bağlı gələcəyə doğru irəliləyir".
Nazir proqram çərçivəsində görülən konkret tədbirlər haqqında da məlumat verib: "Mikromobillik üçün 100 kilometr uzunluğunda infrastrukturun yaradılması nəzərdə tutulur və artıq bunun 30 kilometrdən çoxu istifadəyə verilib. İctimai nəqliyyatın əhatə dairəsinin əhalinin 90 %-nə çatdırılması əsas prioritetlərdəndir".
O bildirib ki, elektrik avtobus parkının genişləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılıb: "Son dövrdə parka 160 elektrik avtobusu əlavə edilib və 2030-cu ilə qədər bütün avtobusların elektrikləşdirilməsi hədəflənir".
R.Nəbiyev nəqliyyat sahəsində innovasiyaların tətbiqinə xüsusi diqqət yetirildiyini də vurğulayıb: "Qısa müddət ərzində Bakının "rəqəmsal əkizini" yaratmağa nail olmuşuq. Bu rəqəmsal platforma bütün fəaliyyətlərimizdə məlumat əsaslı qərarların daha effektiv şəkildə qəbul edilməsinə imkan yaradır".
Azərbaycanın bu təşəbbüsləri, iqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı nəqliyyat sistemi qurulması istiqamətində qlobal səviyyədə nümunəvi addımlardır, nazir bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Can Bonomoya ağır itki - (Foto)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
XƏBƏR LENTİ
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” - Vernidub
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu





