Sosial yardım nə qədər artırılacaq? - RƏQƏMLƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir".
Milli.Az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
V.Bayramov qeyd edib ki, bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq.
Onun sözlərinə görə, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək: "Məsələn, ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1350 manat (5 nəfər X 270 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 450 manat (1350 manat- 900 manat) olur.
Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 450 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyar gələn ildən 1425 manata yüksəlir (5 nəfər X 285 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 450 manat deyil, 525 manat (1425 manat- 900 manat) olur".
Millət vəkili əlavə edib ki, 2025-ci ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumdan istifadə olunması daha məqsədəuyğundur: "Bu zaman ünvanlı sosial yardım proqamında da yaşayış minimumu meyarından istifadə etmək daha əlevişlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Biləsuvarda ağır qəza - Ölənlər və yaralananlar var - (Yenilənib)
-
Misir Prezidenti istefa verəcəyini elan edib
-
Yəmənin strateji şəhəri husilərin mühasirəsinə düşdü
-
Ərindən sonra qızı da vəfat etdi
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
-
Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
-
Sabiq futbolçu müharibədə həlak oldu
-
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Bayhan dinini dəyişib?
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Bazar günü hava necə olacaq?
-
Metrodan istifadə edənlər azalıb
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
-
Futbolçu itinə görə məhkəmə qarşısına çıxacaq
-
Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
-
Pakistanda zəlzələ oldu
-
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək
-
Rusiyanın itkiləri yeniləndi
-
24 yaşlı futbolçu faciəvi şəkildə öldü
-
Əraqçi İraqa səfərə gedib
-
Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi
-
Türkiyədə 77 şagird dönərdən zəhərləndi
-
Polis cinayət törətməkdə şübhəli bilinən 35 nəfəri saxladı
-
Qızıl almaq istəyənlərin nəzərinə





