"COP29-da baş verən hadisələr iqlim problemlərinin həllinə böyük ümid verir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Malayziyadan olan "Officer Green Tech İdeaslab Sdn Bhd" şirkətinin icraçı direktoru Elina Janidir.
Elina Jani Trend-ə açıqlamasında bildirib ki, COP28-də Birləşmiş Ərəb Əmirliklərində başlanan prosesin COP29-da Azərbaycanda davam etməsindən çox məmnundurlar və hələ çox iş görülməlidir.
"Biz Malayziyanın Təbii Sərvətlər, Ətraf Mühit və İqlim Dəyişiklikləri Nazirliyinə birbaşa tabe olan dövlət qurumuyuq. Malayziyada davamlı inkişaf sahəsində layihələr üçün müxtəlif maliyyələşdirmə sxemlərini, eləcə də, vergi güzəştlərini təşviq edirik.
Ümid edirik ki, Azərbaycanın COP29-a sədrliyi qlobal iqlim prosesinə, maliyyə həmrəyliyinə, zərər və itkilərin qiymətləndirilməsinə, adaptasiya məsələlərinə daha çox aydınlıq gətirəcək və əlbəttə ki, fəaliyyətlərin əlaqələndirilməsini yaxşılaşdıracaq. Burada baş verən hadisələr iqlim məsələlərinin həlli üçün böyük ümid verir", - deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dueyn Conson tanınmaz halda - (Foto)
-
İşdən çıxarılanlara sığorta ödənişi - (Video)
-
“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər
-
Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
-
Pirşağıda evi ilanlar basıb - (Video)
-
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub - (Foto)
XƏBƏR LENTİ
-
Dibçəyə 1 stəkan əlavə edin - solğun gülləri canlandırır
-
Ağcaqanadlara qarşı lazer silahı: Bir gecədə evdəki bütün həşəratları yox etdi
-
Dueyn Conson tanınmaz halda - (Foto)
-
İşdən çıxarılanlara sığorta ödənişi - (Video)
-
Telefonları folqaya bükməyə başladılar
-
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
-
“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər
-
Roma Papasının səhhəti ilə bağlı yekun diaqnoz açıqlandı
-
Müharibənin həlli heç vaxt olmadığı qədər yaxındır - Tramp
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
Ərdoğanın geyimində diqqətçəkən məqam - (Foto)
-
Bakıda yarım milyonluq maşın satışa çıxarıldı - (Foto)
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
-
Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
-
Pirşağıda evi ilanlar basıb - (Video)
-
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub - (Foto)
-
Çempionlar Liqası: “Qalatasaray” Fransadan qalib qayıdır
-
Halit Ergenç və Məryəm Üzərli Misirdə - (Foto)
-
Sabah Yasamal və Binəqədidə işıq olmayacaq
-
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub - (Foto)
-
Bu gündən varlanmağa başlayacaq bürclər
-
Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - (Video)
-
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
-
"28 Mall"un qarşısında ölüm - təfərrüat





