COP29 üçün 67 min nəfər qeydiyyatdan keçib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu günə kimi Bakıda keçiriləcək COP29 üçün 67 min nəfər qeydiyyatdan keçib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov mediatur zamanı jurnalistlərə bildirib.
"Çox sayda qonaq gözləyirik. Bu, Azərbaycan tarixində ən böyük tədbirdir. Bütün COP29 məkanı istifadə olunacaq, boş yer qalmayıb", - A.Ələkbərov bildirib.
O qeyd edib ki, Bakı Olimpiya Stadionunun əksər sahələrində işlər 100 faiz tamamlanıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Sabah bu ərazilərdə yağış və şimşək gözlənilir - Proqnoz verildi
-
Külək 8 balı keçərsə, bu işlər qadağan olunacaq
-
Binəqədidə 6 yeni svetofor quraşdırıldı
-
Türkiyədə yağışın dayanması üçün qurban kəsdilər - (Video)
-
Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
İsrail Prezidenti Bakıya kommersiya reysi ilə səfər edib: Türkiyədə yaranmış ajiotajın heç bir əsası yoxdur
-
Mətbuat Şurasının yeni sədri seçilib
-
Azərbaycan özünün əməkdaşlıq coğrafiyasını daim genişləndirir - Kamaləddin Qafarov
-
Mərkəzi Banka yeni səlahiyyət verilir
-
Luis Fiqu Arda Güləri tərifə boğdu: “Bunu başqa futbolçuda görə bilməzsiniz”
-
Bu şəxslərin dövlət qulluğunda işləməsinə qadağa qoyulur
-
Ölkədə nikah və boşanmaların sayı azalıb
-
Komendant pulu çıxarışa görə, yoxsa müqavilədəki kvadrata görə ödənilməlidir? - ARAŞDIRMA
-
Ölkə əhalisinin sayı açıqlandı: Qadınlar çoxdur, yoxsa kişilər?
-
Bu bələdiyyələrin adları dəyişdirildi
-
Üçqat Olimpiya çempionu küçədə yemək axtarır - (Foto-Video)
-
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
-
Azərbaycanda bu şəxslərin maaşları artırılır - Yenilik
-
“Volkswagen” 22 min elektromobili geri çağırır
-
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
-
Milli Məclisin növbəti plenar iclası keçirilir
-
Bakıda təcili yardım maşını piyadanı vuraraq öldürdü





