Şuşanın azad edilməsi Qarabağ Zəfərinin zirvəsi oldu - VİDEOREPORTAJ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
21-ci əsrin ilk qəhrəmanlıq salnaməsindən-Şuşa zəfərindən danışacağıq. Coğrafiyası və strateji əhəmiyyəti ilə Şuşa həm məğlubiyyətin, həm də Qarabağ zəfərinin zirvəsi demək idi. Şuşanın Azərbaycan ordusu tərəfindən azad edilməsi düşməni sözün əsl mənasına diz çökdürdü. Beləliklə 4 il əvvəl - 2020-ci il noyabrın 8-də Müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı.
Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanırdı. Elə bu amalla da qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan aşaraq Şuşaya doğru inamla irəlilədi.
Döyüşlərdə iştirak edən hərbi qulluqçu Trend-ə bildirib ki, Şuşa döyüşləri, bildiyimiz kimi çox sıldırım qayalıqlar və düşmənin gizlənmə bölmələrinin ən çox olduğu bölgələr idi.
"Hansı ki, bizim dost bölmələrimizin irəliləməsi üçün onlara zəmin yaradırdıq. Düşmənin hədəfləri vaxtında dəqiq məhv edilirdi".
"Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi", - hərbi qulluqçulardan biri deyib.
"Noyabr ayının 3-ü idi. Şuşa ətrafında döyüşlərə başladıq. Ərazi relyefi çətin olduğuna baxmayaraq, ordumuz Şuşa ətrafında döyüşlərə başladı. Ordumuz düşmən mövqelərini ələ keçirdi, düşmən əks hücuma keçməyə başladı. Ordumuz onun qətiyyətlə qarşısını aldı", - döyüşlərdə iştirak edən digər hərbi qulluqçu qeyd edib.
"İtkilər verərək, şəxsi heyət itirərək, texnikaları itirərək, düşmən geri çəkilməyə məruz qaldı. Ordumuz böyük qürur hissi ilə Şuşa şəhərinə daxil oldu.Şuşada döyüşlərə başladıq. Biz böyük şücaətlə, Şuşa şəhərini noyabrın 8-i günün sonunadək düşməndən azad etdik", - digər hərbi qulluqçu vurğulayıb.
"Müharibə nə qədər çətin olsa da, bizim tapşırığımız o idi ki, şəhər işğaldan azad olunmalı idi. Düşmən məhdudiyyəti nə qədər olsa da, biz buna baxmayaraq, həmin çətinliklərin öhtəsindən gələ bildik", - hərbi qulluqçulardan biri bildirib.
Öz növbəsində hərbi şərhçi Ramil Məmmədli Trend-ə bildirib ki, Şuşanın azad edilməsi ordu komandanlığının qarşısına qoyulan əsas tapşırıqlardan biri idi.
"Müharibənin ilk günlərindən Həm Cəbrayılın, həm Hadrutun, Ərgünəş dağının, Məngəlata yüksəkliyinin, Qubadlı və Laçın istiqamətində mövqelərini gücləndirməsi və bir də Səfiyan yaşayış məntəqələrini nəzarətə götürməsi, dolayısı ilə Laçın yoluna, yəni, vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Qarabağın döyünən ürəyi olan Şuşa düşməndən təmizləndi.
Beləkilə, 44 gün ərzində döyüşçülərimiz bir addım da geri çəkilmədən yalnız irəli getdi. İkinci Qarabağ müharibəsinin hər günü şanlı bir tarix, misli görünməmiş qəhrəmanlıq dastanı kimi tarixə düşdü", - hərbi şərhçi əlavə edib.
Qeyd edək ki, Şuşa şəhərinin işğaldan azad edilməsinin dördüncü ili münasibəti ilə şəhərə media-tur təşkil olunub. Müdafiyyə Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan turda media nümayəndləri ilə yanaşı, şəhərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən döyüşçülər və hərbi ekispertlər iştirak edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Biləsuvarda ağır qəza - Ölənlər və yaralananlar var
-
Yəmənin strateji şəhəri husilərin mühasirəsinə düşdü
-
Ərindən sonra qızı da vəfat etdi
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
-
Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
-
Sabiq futbolçu müharibədə həlak oldu
-
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Bayhan dinini dəyişib?
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Bazar günü hava necə olacaq?
-
Metrodan istifadə edənlər azalıb
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
-
Futbolçu itinə görə məhkəmə qarşısına çıxacaq
-
Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
-
Pakistanda zəlzələ oldu
-
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək
-
Rusiyanın itkiləri yeniləndi
-
24 yaşlı futbolçu faciəvi şəkildə öldü
-
Əraqçi İraqa səfərə gedib
-
Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi
-
Türkiyədə 77 şagird dönərdən zəhərləndi
-
Polis cinayət törətməkdə şübhəli bilinən 35 nəfəri saxladı
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya”nın premyerası keçiriləcək





