Ölkə

"COP29 vaxtı bu şəxslərə metrodan istifadə pulsuzdur"

6 Noyabr 2024 22:40
Baxış: 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu gündən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidirlər:

"Siyahı bizə təqdim olunub. Sözügedən siyahı bütün metro stansiyalarına göndərilib".

Qeyd edək ki, COP29 ərəfəsində ictimai nəqliyyatdan istifadənin ödənişsiz olması nəzərdə tutulub. Buraya avtobus, metro və dəmiryol nəqliyyatı daxildir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.