Yollarda təhlükə yaradan velosipedçilər cərimələnəcək - RƏSMİ AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bildiyimiz kimi, Bakıda bir sıra yollarda velosiped zolaqları çəkilib və çəkilməkdə davam edir. Lakin əfsuslar olsun ki, bir sıra hallarda velosipedçilərin zolaq olduğu halda zolaqdan istifadə etmədiyinin, ya avtomobil yolu, ya da piyadaların hərəkət etdiyi yoldan istifadə edərək, təhlükə yaratdığının şahidi oluruq.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, velosipedçilərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısının alınması istiqamətində mütəmadi profilaktik tədbirlər həyata keçirilir.
"Buna baxmayaraq, bəzi velosiped sürücüləri qaydaları kobud şəkildə pozaraq, həm özlərinin, həm də digər nəqliyyat vasitəsi sürücülərinin həyatlarını təhlükə altına atırlar. Xüsusilə də velosiped zolağı olduğu tədqirdə, bəzən bu zolaqdan istifadə etmirlər ki, nəticədə xoşagəlməz hallar baş verir.
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən, velosiped yolu olduğu halda velosipedçinin başqa zolaqla hərəkət etməsi qadağandır.
Belə hallar aşkar ediləndə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən, həmin sürücü üçün 40 manat məbləğində cərimə nəzərdə tutulub. Bütün bunları nəzərə alaraq, bu tip nəqliyyat vasitələrini idarə edən sürücülərdən yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələrini xahiş edirik", - deyə T.Nəsirli əlavə edib.
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da Trend-ə bildirib ki, İnzibati Xətalar Məcəlləsində velosiped idarə edən şəxslər üçün cərimə nəzərdə tutulur.
"Əgər onlar piyadalara mane olarlarsa, 40 manat cərimə olunurlar. Əgər velosiped zolağı varsa, velosipedlər həmin zolaqla hərəkət etməlidirlər, zolaqdan kənarda digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olmamalıdırlar.
Bu qaydaları pozanlar üçün qanunvericilikdə cərimələr nəzərdə tutulur. Velosiped sürücüləri də qaydalara riayət etməlidirlər", - deyə o əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Burak Özçivit rus qızların əhatəsində - (Video)
-
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edilib
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Almaniyadan ekstradisiya ediləcək
-
Leonardo İncəsənət Məktəbi ilə MiniBoss Biznes Məktəbi birgə "Yaradıcı Sahibkarlıq" proqramına başladı
-
Yeni icra başçısı kimdir?
-
Leysan yağacaq, qara keçəcək - Proqnoz verildi
XƏBƏR LENTİ
-
Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
-
Burak Özçivit rus qızların əhatəsində - (Video)
-
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edilib
-
Ərdoğanın sabiq baş müşaviri saxlanıldı
-
Ermənistanı növbədənkənar seçkilər gözləyir?
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Almaniyadan ekstradisiya ediləcək
-
Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı
-
“Sabah” – “Qarabağ” matçının hakimi açıqlandı
-
Leonardo İncəsənət Məktəbi ilə MiniBoss Biznes Məktəbi birgə "Yaradıcı Sahibkarlıq" proqramına başladı
-
Yeni icra başçısı kimdir?
-
Leysan yağacaq, qara keçəcək - Proqnoz verildi
-
Elçin Yusubov Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
-
Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib - Sərəncam
-
Qadınların ata evinə göndərdiyi gizli mesaj - SOS kəlağayısı - (Video)
-
Sibel Canın sevgilisi tutuldu - (Foto)
-
İcbari tibbi sığortada yenilik: Daha bir xəstəliyin dərmanları təminata daxil edilir
-
Azərbaycanın ən hündür asma körpüsünün tikintisindən son görüntülər - (Video)
-
"Şövkət"in “Yaprak Dökümü”nün məşhur səhnəsi ilə bağlı etirafı müzakirə yaratdı (Video)
-
Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası azaldıldı
-
Azərbaycanda bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
15 il sonra yenidən eyni filmdə - (Foto)
-
Ermənistan rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı bölgəyə getdi - Təfərrüat
-
Sumqayıtda şirkətin mühafizəçisi 1750 manatlıq metal oğurladı
-
Məhkum zərərçəkmişlə barışarsa, cəzası azaldıla bilər?





