Qarabağ narı Ermənistana necə gedib çıxdı? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanda bazarda Qarabağ narının satılması ilə bağlı foto sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Belə ki, İrəvanda bir bazarda satılan narın üzərində ermənicə 'Qarabağ narı' yazılıb.
Bəs Qarabağ narı Ermənistana necə gedib çıxıb?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov açıqlama verib.
O bildirib ki, Azərbaycanın qonşu ölkələrə, o cümlədən Gürcüstan və Rusiyaya ixrac etdiyi nar, Ermənistanda maraq doğurur.
"Ermənilər həmin narı alıb, təkrar ixrac vasitəsilə öz bazarlarında sata bilərlər. İkinci variant isə odur ki, bu, ya satışları artırmaq məqsədilə, ya da başqa bir məqsəd üçün həyata keçirilə bilər. Onlar bunu niyə edir biz bunu bilə bilmərik. Lakin, Ermənilərin bu siyasətinin prokativ xarakterli olduğunu və belə məlumatların hər zaman tirajlanmasının şahidi olmuşuq".
Qeyd edək ki, ötən il Azərbaycandan 28 min 600 ton nar ixrac olunub. Bunun 80 faizi Rusiyaya, 15 faizi Gürcüstana, qalan hissəsi isə Avropa ölkələrinə göndərilib. Hazırda Qarabağ narı birbaşa digər ölkələrə satılmasa da gələcəkdə xaricə ixracı gözlənilir. Məhsulun ilkin mərhələdə qonşu ölkələrə, növbəti mərhələdə isə Avropaya satılması nəzərdə tutulur. Bu da Qarabağın taclı meyvəsinin dünyada Azərbaycan məhsulu kimi məşhurlaşmasına səbəb olacaq. Ermənistanın bu nardan dada bilməsi isə onların öz davranışlarından asılı olacaq.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Navai” saxlanıldı
-
Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası
-
“Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” - Nailə İsmayılova
-
Almaniyadan 32 Azərbaycan vətəndaşı readmissiya edilib
-
Vüsalə Sadıqova: "Kəlağayı qadın zərifliyinin, saflığın, təmizliyin və sülhün rəmzidir"
-
Milli geyimlərimiz və kəlağayı gənc nəslə necə çatdırılmalıdır? – İctimai Birlik sədrindən açıqlama
XƏBƏR LENTİ
-
Hakan Fidan Bakıdadır - Yenilənib
-
“Navai” saxlanıldı
-
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - (Foto)
-
Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası
-
Vitali Kliçkonun çıxışı zamanı mikrofonunu söndürdülər - (Video)
-
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub - (Foto)
-
Azərbaycanda kənd yumurtası bahalaşdı
-
Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - (Foto)
-
Erməni deputat Rusiyaya buraxılmadı
-
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
-
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - (Foto)
-
“Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” - Nailə İsmayılova
-
Almaniyadan 32 Azərbaycan vətəndaşı readmissiya edilib
-
Vüsalə Sadıqova: "Kəlağayı qadın zərifliyinin, saflığın, təmizliyin və sülhün rəmzidir"
-
Ankara və İrəvanın yeni məramları nədir?
-
Milli geyimlərimiz və kəlağayı gənc nəslə necə çatdırılmalıdır? – İctimai Birlik sədrindən açıqlama
-
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir - (Foto)
-
Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
-
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib - (Foto)
-
Qırğızıstan Prezidenti Bakıdadır - (Foto)
-
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb - (Foto)
-
Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye
-
Daha bir dövlət müəssisəsi ləğv edildi





