Uçuşların təhlükəsizliyinə nəzarətlə bağlı qaydalar təsdiqləndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabineti "Uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi Qaydası"nı təsdiq edib.
Milli.Az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Qayda "Aviasiya haqqında" qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiyanın 83 bis maddəsinə, habelə həmin maddənin tətbiqinə dair 295 nömrəli Sirkulyara uyğun olaraq hazırlanıb.
Qayda ilə tənzimlənməyən məsələlər "Aviasiya haqqında" qanuna, Konvensiyanın 83 bis maddəsinə, habelə Sirkulyara uyğun olaraq həyata keçirilir.
Qayda mülki hava gəmilərinin istismarı zamanı uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi məqsədilə ölkədə qeydiyyatdan keçmiş, lakin başqa dövlətin istismarçısı tərəfindən istismar edilən hava gəmisinə, habelə digər dövlətdə qeydiyyatda olan, lakin Azərbaycanda istismar edilən hava gəmisinə münasibətdə uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair münasibətləri tənzimləyir.
Uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq öhdəliklərin və məsuliyyət dairəsinin dəqiq müəyyən edilməsi zərurətindən irəli gələrək, uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi Konvensiyanın 83 bis maddəsinə əsasən bağlanılan və nümunəsi Sirkulyarla müəyyən edilmiş uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair müqavilə əsasında həyata keçirilir.
Müqavilənin yerinə yetirilməsinə məsul tərəflər qismində Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv dövlətlər adından mülki aviasiya orqanlarının qeydiyyat dövləti və istismarçı dövləti çıxış edir. Müqavilə əsasında ötürülən funksiyaların və vəzifələrin dairəsi dəqiq müəyyən edilmədikdə onların icrasına görə məsuliyyəti qeydiyyat dövləti daşıyır.
Müqavilə əsasında dairəsi dəqiq müəyyən edilərək ötürülən funksiyalara və vəzifələrə münasibətdə qeydiyyat dövləti məsuliyyətdən azad edilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Son istifadə tarixi ilə tövsiyə edilən istehlak tarixi arasındakı fərq açıqlandı
-
Şorba qaynayarkən 1 çimdik soda əlavə edin, fərqi görün
-
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin
-
Meksika mundiala qələbə ilə başladı - YENİLƏNİB
-
Türkiyədə sərnişin təyyarəsi qəzaya düşdü
-
"A.B.İ"də daha bir ayrılıq - FOTO
-
İran razılaşma ilə bağlı xəbərləri təkzib etdi
-
63 yaşlı kişi qətlə yetirilib, şübhəli qardaşı oğludur
-
Tramp: ABŞ və İran sülhlə bağlı razılığa gəlib
-
Günün qoroskopu: Səyahət planlaşdırmaq üçün ideal zamandır
-
Bakının 3 rayonunda qaz kəsiləcək
-
Şakira futbol üzrə dünya çempionatları tarixində ilkə imza atdı
-
Allergiya yaradan mövsüm meyvələri açıqlandı
-
8 milyondan çox termos təcili geri çağırıldı: Kor edirmiş
-
Gilasın faydaları nələrdir? Gilasın zərəri varmı?
-
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
-
Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
11-ci sinif şagirdi qəfil vəfat etdi - FOTO
-
Osimhen üçün 120 milyon avroluq təklif
-
İrana planlaşdırılan zərbələr ləğv edilib
-
Çörəyi köhnəltmədən saxlamağın ən sadə yolu
-
Baş Gömrük İdarəsində əməliyyat: Saxlanılanlar var
-
Nəzakət Tanrıverdiyeva vəfat etdi - FOTO
-
"A.B.İ"nin aktyoru əməliyyat olundu - FOTO





