Ölkə

Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alacaq

7 Oktyabr 2024 18:56
Baxış: 1 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov keçirdiyi brifinqdə bildirib.

"Humanitar məsələlər bloku çərçivəsində Moskva sammitində MDB liderləri Laçın şəhərinə (Azərbaycan), 2026-cı ildə Mehri şəhəri (Ermənistan) və 2027-ci ildə Molodeçno şəhərinin (Belarus) mədəniyyət paytaxtı statusunun verilməsi haqqında qərar layihələrinə baxacaqlar", - Yuri Uşakov əlavə edib.

Qeyd edək ki, 2024-cü ildə Özbəkistanın Səmərqənd şəhəri MDB-nin mədəniyyət paytaxtı statusuna layiq görülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.