Erkən evliliklə bağlı mərasimlərin keçirildiyi restoranlar cərimələnəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə görə yeni cəzalar müəyyənləşir.
Milli.Az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 189-2-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə ediləcək.
Qeyd edilib ki, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə inzibati tənbeh nəzərdə tutun maddənin Məcəlləyə əlavə edilməsi erkən evliliklə mübarizədə mühüm addımlardan biri olacaq.
"Erkən evlilik" dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO
-
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb - VİDEO - FOTO
-
Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı
XƏBƏR LENTİ
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
Perez yenidən "Real Madrid"in prezidenti seçildi
-
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO
-
“Neftçi” bu legionerlə yollarını ayırdı
-
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb - VİDEO - FOTO





