Ölkə

Azərbaycanda pensiyalarla bağlı vacib açıqlama: Yanvar ödənişi artımla olacaq?

9 Yanvar 2024 09:47
Baxış: 3 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hər ayın 7 və 8-də pensiyalar verilir. 2024-cü ildən pensiyaların məbləğində artımlar olacaq. Bəs ödənişlər nə zaman veriləcək?

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu məsələ ətrafında sosial şəbəkələrdə də müzakirələr aparılır. Hətta deyilir ki, yanvar ayında ödənişlər 10-dan veriləcək. Həm də, pensiyalar artımla ödəniləcək.

Qeyd edək ki, hər il pensuya və təqaüd artımları yanvar ayından deyil, fevral ayından verilir. Yanvar ayının artım hissəsi də, fevral ayında kartlara yüklənir.

Məsələyə aydınlıq gətirmək üçün Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, pensiya və təqaüdlərin gecikdirilməsindən söhbət gedə bilməz. Bu həftə yeni iş həftəsidir.

"Yaxın günlərdə əhaliyə ətraflı məlumat veriləcək", - deyə qurumdan bildirilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.