Ölkə

Bakıda qəbiristanlıqda tapança və qumbara tapıldı - VİDEO - FOTO

12 Sentyabr 2023 10:49
Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhərinin Xəzər rayonu ərazisində hərbi sursat aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı basdırılmış sursatların döyüş tətbiqinə yararlı 1 ədəd Makarov tipli tapança, 1 ədəd RQN əl qumbarası və partladıcısı olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.