Ölkə

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

10 Mart 2023 20:06
Baxış: 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 10-da Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Məlumata görə, iclasın gündəliyində Holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərinin 2022-ci ilin yekunları üzrə Fəaliyyət Hesabatı, o cümlədən maliyyə nəticələri, Portfel şirkətləri üçün əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və büdcələmə prosesinin planlaşdırılması qaydaları, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "AzerGold" QSC, "Bakı Metropoliteni" QSC, "BakuBus" MMC və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin korporativ idarəetmə standartları və digər cari məsələlər ətraflı müzakirə edilib.

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.