Ölkə

Bu qətnamələrin siyahısı təsdiqləndi

7 Mart 2023 15:25
Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin siyahısı təsdiq edilib.

Nazirlər Kabinetinin 66 №-li Qərarına dair izaha əsasən, "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə "Terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin Siyahısı" təsdiq edilib.

Siyahının təsdiq edilməsi ilə terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi ilə mübarizə üzrə beynəlxalq standartların tətbiqinin effektivliyinin artırılması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.