Ölkə

Xırdalanda DƏHŞƏTLİ PARTLAYIŞın baş verdiyi binada BU MƏŞHUR ŞƏXS də yaşayır - VİDEO

17 Noyabr 2022 11:00
Baxış: 3 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Xırdalanda AAAF Park yaşayış kompleksində partlayışın baş verdiyi binadan yeni məlumatlar əldə olunub.

Milli.Az-ın əldə etdiyi məlumata görə, güclü partlayışın baş verdiyi binada məşhur idman şərhçisi, CBC Sport-un əməkdaşı Ramiz Mirzəzadə yaşayır.

Vaxtilə "İdman Azərbaycan"ın da simalarından olmuş idman şərhçisi yaşadığı binadakı partlayışla bağlı son vəziyyət barədə bunları deyib:

Qeyd edək ki, xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Dünən TƏBİB-dən Milli.Az-a verilən məlumata görə, yaralanan 1 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir. Belə ki, 2000-ci  təvəllüdlü Novruzova Bahar Saleh qızı III dərəcəli termiki yanıq ilə vəziyyəti ağır hesab olunur. Şükürova Mələk Cavid qızı (7 yaş), Şükürova Dəniz Cavid qızı (4 yaş), Şükürov Ömər Cavid oğlu (1 yaş) II-III dərəcəli termiki yanığı ilə vəziyyətləri orta-ağır qiymətləndirilir.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş avtomobillərə də ziyan dəyib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.