Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 530 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 133, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 192, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 41 nəfərdir.
Milli.Az