Ölkə

Paytaxtda tıxacdan qurtulmağın yolları: TƏKLİFLƏR VAR

1 Noyabr 2022 10:36
Baxış: 1 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər gün minlərlə insan Bakının mərkəzində və şəhərin istənilən yerində, tıxacda saatlarla vaxt keçirir.

Bu tıxacların qarşısını almaq üçün nələr etmək lazımdır?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, çıxış yolu ayrılmış avtobus zolaqları və çeşidli ictimai nəqliyyat növlərinin inkişafıdır.

O bildirib ki, son günlər tıxacların qarşısının alınması məqsədilə Bakı ilə Sumqayıt arasında gəmi nəqliyyatının təşkili təklif edililir.

"Bakıda dəniz üzərində sərnişindaşmanı təklif edənlər bəzən detalları bilmədən belə fikirlər səsləndirirlər. Hava şəraitinə bağlı olan dəniz üzərindən sərnişindaşımalar dayanıqlı deyil, həmçinin, sürətin aşağı olması bu təklifi cəlbedicilikdən uzaq edir. Bakı ilə Sumqayıt arasında gəmi nəqliyyatının təşkili qeyri-mümkündür. Xəzər dənizində küləyin istiqaməti tez-tez dəyişir. Hava şəraiti ilə əlaqədar reys təxirə salına da bilər. Ümumiyyətlə, tıxacların qarşısının alınması üçün bu variant rentabelli deyil".

Ekspertin sözlərinə görə, tıxacların azaldılması üçün çeşidli nəqliyyat növlərinin inkişafı vacibdir.

Alternativ ictimai nəqliyyat dedikdə yüngül reysli dəmiryolu sistemi, velosiped və skuterləri misal göstərmək olar.

Paytaxtın bəzi küçələri və prospektləri sərnişindaşıma baxımından həddindən artıq yüklənir və bunun qarışısını almaq üçün daha çox sərnişin daşıyan yüngül relsli dəmiryol sistemi yaradılmalıdır. Hazırda dəmiryolu şəbəkəsində də qatarların sayı çox azdır. Qatarların sayının artırılması əlavə stansiyaların qurulması daha yaxşı olardı. Velosiped və skuter zolaqlarının salınması da tıxacların qarşısının alınmasına təsir edəcək. Bunun üçün, ilk növbədə, daha çox sərnişin daşıyan ictimai nəqliyyat növü - avtobus üçün bütün şəhər boyu xüsusi avtobus zolağı yaradılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.