DTX-nin saxladığı gömrük polkovniklərinin həbs müddəti uzadıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Dövlət Gömrük Komitəsinin (DGK) daha iki generalının həbs müddəti uzadılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, DGK-nin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, polkovnik Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən, polkovnik Şükür Səfərov barəsində Səbail Rayon Məhkəməsinə təqdimat göndərilib. Cinayət işinin istintaqının davam etdiyini nəzərə alan məhkəmə təqdimatı təmin edib. Rəşad Babayev və Şükür Səfərovun həbs müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, hər iki general Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb edilib. 1 iyul 2022-ci il tarixdə onların barəsində həbs qətimkan tədbiri seçilib.
İttihama görə, onlar xidməti vəzifələrinin icrası ilə əlaqədar ölkə ərazisinə daxil olmasına xüsusi icazə tələb edilən iriölçülü və ağırçəkili xarici yük maşınlarının sərhəd keçid məntəqələrindəki gömrük nəzarət postlarından buraxılması və bunun üçün maneə yaradılmaması müqabilində həmin yük maşınlarının hər birinə görə sahiblərindən vasitəçilərdən istifadə etməklə təkrar külli miqdarda rüşvət alıblar.
Yeri gəlmişkən, yerli mətbuatda həbs edilən Rəşad Babayevin Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin yaxın qohumu olduğu iddia edilir.
Qeyd edək ki, bir müddət öncə daha iki gömrük generalı Ehtiram Xəlilov və Məsum Rəsulovun da həbs müddətləri uzadılmışdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mətanətdən Vüqar Muradova ağır sözlər
-
Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
-
Bu resepti bilənlər artıq dondurma almır
-
Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?
-
Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil
-
Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
-
Ozan Akbaba həyat yoldaşı ilə - FOTO
-
Mərkəzi yoldakı keçidin eskalatorları işləmir - VİDEO
-
Yazılan mesajlar yoxa çıxacaq - “WhatsApp”dan YENİ FUNKSİYA
-
Nigar Camal tələbəlik illərinə qayıtdı – FOTO
-
Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır
-
Azərbaycan millisi Maltaya məğlub olub - YENİLƏNİB
-
Test nəticəsi müsbət çıxdı, serialdan qovulacaq?
-
Yamal İspaniya çempionatının ən yaxşı futbolçusu seçildi
-
Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı
-
Millimiz dünya çempionatının 1/4 finalında
-
Bakıda yanacaqdoldurma məntəqəsində ÖLÜM
-
"Stresə düşdüm, ağladım"
-
“Sonuncu dəfə danışanda dedi ki...” - Azovda həlak olan Rəcəbin atası
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
Zelenski: Rusiya yenidən müharibəni seçdi
-
Türkiyə gəmisinə hücum - ölən və yaralananlar var
-
Bürcünə görə səni ən yaxşı əks etdirən şəhər məlum oldu
-
Putin: Rusiya İrana heç bir silah tədarük etməyib





