Ölkə

Yetkinlik yaşına çatmayanları zorlayanlar 15 ilədək həbs olunacaq

28 Oktyabr 2022 16:24
Baxış: 1 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqlara və yeniyetmələrə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzalar sərtləşdirilir.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə görə 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllənin hazırki variantında isə qeyd edilib ki, bu əməlləri törədənlər 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Digər bir dəyişikliklə isə zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə görə eyni əməllər - yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbən olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.