Ölkə

Yoluxanların sayı azalıb, ölən isə çoxdur

25 Oktyabr 2022 19:10
Baxış: 1 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 64 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 023 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 743 nəfər müalicə olunaraq sağalıb, 9 940 nəfər vəfat edib, aktiv xəstə sayı 340 nəfərdir.

Ölkədə son sutka ərzində 2 483, hazırkı dövrədək isə 7 309 540 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 834 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 390, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 114, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 275, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 55 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 907 933, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 388 998, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 831, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 385 313, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 791 nəfər təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.