Ölkə

Sürücülərin nəzərinə - Sabah bu yol qismən bağlı olacaq

16 Oktyabr 2022 12:28
Baxış: 1 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17 oktyabr saat 09:00-dan 19 oktyabr saat 20:00-dək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin 16-cı və Tofiq Məmmədov küçələrində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, işlərin aparıldığı müddət ərzində iş aparılan zolaq üzrə (digər hərəkət zolağı açıq qalacaq) nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.