Ölkə

Elçin Sadıqov Rasim Məmmədovun vəkilliyindən uzaqlaşdırıldı

14 Oktyabr 2022 18:14
Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vəkil Elçin Sadıqov "Baku Stell Company" şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun müdafiəsindən uzaqlaşdırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Məmmədovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində qərar qəbul olunub. Prosesə Elçin Sadıqov buraxılmayıb.

Məhkəmə Elçin Sadıqovun vəkillikdən uzaqlaşdırılmasnı onun ev dustaqlığında olması ilə əlaqələndirib. Bildirib ki, E. Sadıqovun həbsdən ev dustaqlığına buraxılması haqda Bakı Apellyasiya Məhkəməsiniin qərarındakı şərtlərdə göstərilib ki, o, barəsindəki cinayət işi üzrə prosesin iştirakçılarıyla ünsiyyətdə ola bilməz.

Hakim bildirib ki, "Baku Steel Company"nin keçmiş rəhbəri də E. Sadıqovun ittiham olunduğu cinayət işi üzrə iştirakçılardandır.

Buna görə də, E. Sadıqovun prosesdə müdafiəçi kimi iştirakı qadağan edilib.

Xatırladaq ki, E. Sadıqov Rasim Məmmədovdan 20 min manat rüşvət almaqda təqsirləndirilir. O Cinayət Məcəlləsinin 311-ci(Külli miqdarda rüşvət alma) maddəsilə təqsirləndirilir və barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.