Ölkə

Media nümayəndələrinin Laçın şəhərinə səfəri başlayıb

1 Sentyabr 2022 10:03
Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerli media nümayəndələrinin Laçın şəhərinə səfəri başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfərdə jurnalistlərlə yanaşı, hərbi ekspertlər, laçınlı hərbi qulluqçular da iştirak edirlər.

Səfər çərçivəsində jurnalistlər ermənilər tərəfindən yandırılaraq dağıdılan evlərə, inzibati ərazilərə baş çəkəcəklər.

Media nümayəndələri şəhər ərazisində Azərbaycan Ordusunun yeni dislokasiya məntəqələri, yeni xidməti fəaliyyətə başlayan hərbi polis bölmələri və mühəndis işləri ilə tanış olacaqlar.

Jurnalistlərin Laçının Zabux və Sus kəndlərinə də səfəri planlaşdırılır.

Xatırladaq ki, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhəri, Zabux və Sus kəndlərini nəzarətə götürüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.