“Dövlət obyektində əxlaqsızlıqla məşğul olublar, bu, yolverilməzdir”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının intim görüntülərinin yayılması cəmiyyətdə böyük rezonans yaradıb. Artıq məsələyə Baş Prokurorluq da münasibət bildirib. Qeyd edilib ki, faktla bağlı hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir. Prokurorluq həmçinin sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırıb.
Yayılan məlumatlardan məlum olur ki, görüntüləri elə FHN əməkdaşı Zaur Mirzəyev özü telefonu vasitəsilə lentə alıb. Bəs videonun çəkilməsi və paylaşılması hansı məsuliyyət yaradır? Həmin şəxs həbs oluna bilərmi?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas, media eksperti Ələsgər Məmmədli bakupost.az -a açıqlamasında bildirib ki, baş verən hadisə məkan baxımından da hüquqi problemdir:
"Dövlət vəsaiti hesabına təchiz olunmuş kabinet, sırf dövlətin mənafeyi üçün fəaliyyət göstərmək lazım ikən, şəxsi məqsəd üçün istifadə olunub. Bu ayrılıqda bir problemdir. Bunun hüquqi məsuliyyəti var və qurum özü zəruri addımlar atacaq. Digər bir məsələ, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata qanunsuz müdaxiləni nəzərdə tutur. Qarşı tərəfin razılığı olmadan onun videosu çəkilibsə, həmin şəxs hüquqlarını qorumaq baxımından məhkəməyə müraciət edə bilər".
Ə.Məmmədli vurğulayıb ki, hadisə hər iki tərəf üçün məsuliyyət yaradır:
Ümumilikdə hadisənin özü, həmin şəxsin davranışları, dövlət qulluqçusu, paqon daşıyan tərəflər olaraq hər biri üçün ayrıca məsuliyyət yaradır. Çünki bunlar dövlət obyektində əxlaqsız hərəkətlərlə məşğul olublar. Bu da yolverilməz haldır. Dövlətin etibar etdiyi qurum və həmin quruma aid olan bütün avadanlıqlar şəxsi həyat üçün istifadə oluna bilməz. Şəxsin icazəsi olmadan çəkilənlərin daha sonra yayılması şəxsi həyata müdaxilə aspektindən cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi toxunulmazlıq hüququnu pozma ilə bağlı sanksiya və cəza tədbirlərini ehtiva edir".
Ekspert vurğulayıb ki, vəzifəli şəxs üçün bu hadisə 2 ilədək azadlığın məhdudlaşdırılması deməkdir:
"Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması - 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
• vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
• məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə -3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Kreditimi rəfiqələrim ödəyib"
-
Metroda itən əşyaların aqibəti necə olur?
-
Yaxın saatlarda yenidən təkanlar ola bilər - RƏSMİ AÇIQLAMA
-
Hadrut və Qırmızı Bazara növbəti köç oldu
-
Balaəlinin məşhur meyxanasına Türkiyədə gənc qızın reaksiyası... - VİDEO
-
TƏBİB yoxlamalarının nəticələri açıqlandı - 9 nəfər işdən çıxarıldı
XƏBƏR LENTİ
-
"Kreditimi rəfiqələrim ödəyib"
-
Metroda itən əşyaların aqibəti necə olur?
-
Bir zamanların "turizm cənnəti" Bodrumda indi "it ulayır" - VİDEO
-
İranın ABŞ-la 14 maddəlik razılaşmasının detalları
-
Yaxın saatlarda yenidən təkanlar ola bilər - RƏSMİ AÇIQLAMA
-
Hadrut və Qırmızı Bazara növbəti köç oldu
-
Balaəlinin məşhur meyxanasına Türkiyədə gənc qızın reaksiyası... - VİDEO
-
TƏBİB yoxlamalarının nəticələri açıqlandı - 9 nəfər işdən çıxarıldı
-
Azərbaycanda güclü zəlzələ oldu - FOTO - YENİLƏNİB
-
TƏBİB-in tabeliyində 4 xəstəxanada yoxlama aparılır
-
"Deyib ki, Aysun efirə çıxmaq üçün aparıcılara yalvarır"
-
"Ailələrin dağılma səbəbi kişilərdir"
-
Cemre Baysal yenidən əməliyyat olunacaq - FOTO
-
Yalan məlumat verənlər 5 min manat cərimələnəcək - Qərar
-
İradə İbrahimova: "Restoranda 5 mindən çox hesab ödədim"
-
Bakıda 22 yaşlı narkokuryer tutuldu
-
Türkiyədə 10 illik cinayətin üstü açıldı: Rəqqasənin qatilləri tapıldı - VİDEO
-
Azərbaycanda şirkət rəhbərləri saxlanıldı - Təfərrüatlar
-
Dənizdə təhlükəsiz üzmə müddəti neçə dəqiqədir?
-
İyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" işləməyəcək
-
Türkan meydan oxudu: "Nəfəs, Kəmalə Günəşli mənim kimi oxuya bilər?" - VİDEO
-
Dursun Həsənov qəfildən vəfat etdi
-
Xırdalanda Dost Mərkəzinin yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB
-
Tailandda 15 günlük matəm elan olundu





