Ölkə

Trend BİA-nın əməkdaşı fotomüsabiqədə 1-ci yerə layiq görülüb - FOTO

17 May 2022 17:57
0 Şərh     Baxış: 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası 2021-ci ilin yekunlarına əsasən ədalətli oyun sahəsində fərqlənənlərə və "Ədalətli oyun ruhu" mövzusunda fotomüsabiqənin qaliblərinə mükafatlar təqdim edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, MOK-un inzibati binasında keçirilən tədbirə qurumun vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, baş katib Azər Əliyev, sabiq baş katib Ağacan Abiyev, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və müxtəlif idman federasiyalarının nümayəndələri qatılıblar.

Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi nominasiyasında mükafat MOK-un baş katibi Azər Əliyevə, ədalətli oyun prinsiplərinə sadiq hakim mükafatı Asif Şirəliyevə (güləş), ədalətli oyun prinsiplərinə sadiq məşqçi mükafatı Radiq Hüseynova (güləş), ədalətli oyun prinsiplərinə sadiq idmançı mükafatı karateçi Rafael Ağayevə təqdim olunub.

Bundan əlavə, beş fotoqraf "ədalətli oyun ruhu" mövzusunda fotomüsabiqənin qalibi seçilib:

1-ci yer - Zaur Mustafayev, Trend Beynəlxalq Informasiya Agentliyi (BİA),

2-ci yer - Azər Əlizadə, Olimpiya Dünyası qəzeti
3-cü yer - Dilavər Nəcəfov, Gənclər və İdman Nazirliyi

Həvəsləndirici mükafat - İlqar Cəfərov (Azərtac), Fərqanə Qasımlı (Afb Azərbaycan Fotoqraflar Birliyi).

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.