Ölkə

“Yaxşılıq Yarat” adlı xeyriyyə və əyləncə xarakterli tədbir keçirilib - VİDEO - FOTO

1 May 2022 18:20
0 Şərh     Baxış: 1 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərində yerləşən Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Vineyard Azərbaycan Xristian dini icmasının təşəbbüsü ilə "Yaxşılıq Yarat" adlı xeyriyyə və əyləncə xarakterli tədbir keçirilib. Tədbirin məqsədi II Qarabağ müharibəsinin şəhid və qazilərinin övladlarının, o cümlədən az təminatlı ailələrin övladlarının, eşitmə məhdudiyyətli və koxlear implantlı uşaqların üzlərində təbəssüm yaratmaqdır.

İcmanın sədri Emil Pənahov bildirib: "Həqiqətən uşağlar bizim üçün çox dəyərlidir. Uca Tanrı, Müqəddəs Kəlamında  daim uşaqları böyüklərə nümunə çəkir. Onların ülvi və saf duyğularının qorunub saxlanılması mütləqdir.Uşaqlarımıza yaxşılıq etməyi erkən yaşlarından öyrədmək istəyirik.Hər bir körpə Azərbaycan üçün uğurlu bir gələcək, potensial bir ailədir. Arzumuz budur ki, bizim yeni nəslimizin qəlbi Tanrı sevgisi, vətənə sədaqət və böyüklərə ehtiram hissilə dolsun.Qoy Rəbb hər bir körpəmizi qorusun və xeyir-dua versin! Amin!"

Tədbirdə müxtəlif rəqs kompazisiyaları və o cümlədən icmanın bədii özyaradıcılıq komandasının ifasında tamaşa göstərilmişdir. Tədbirdə iştirak etmişdir: Respublikanınn xalq artisti Cəmilə Bayramova və "Dəcəl Qızlar" ansamblı, Alov Rəqs Ansamblı, onda hər bir uşaq üçün nəzərdə tutulan "Xeyirxah Samariyalı" adlanan kampaniyaya məxsus hədiyyələr verildi.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.