Ölkə

Azərbaycanda bu pensiyaçılar daha çox vəsait ala biləcəklər

19 Aprel 2022 12:00
1 Şərh     Baxış: 3 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda işləyən pensiyaçılar da daha çox pensiya ala biləcəklər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər təklif edilir.

Dəyişiklikləri Trend-ə şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, işləyən vətəndaşların pensiyalarının hesablanması qaydasında da dəyişikliklər olacaq.

"Belə ki, təklif olunan yeni redaktəyə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir.

Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdik­də və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

Bu dəyişikliklərin mahiyyətini sadə dildə izah etsək, işləyən pensiyaçıların yığımı avtomatik olaraq 6 ildən sonra hesabalanaraq pensiya məbləğinə əlavə olunacaq. Bununla da, pensiya onların müraciəti olmadan yenidən hesablanacaq və pensiya məbləği artırılacaq. Pensiya ödəniş müddəti isə 12 il (və ya 144 ay) deyil, işlədiyi ayların sayı qədər, amma ən çox 6 il (və ya 72 ay) azaldılacaq", - deyə deputat əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.