Ölkə

Türkiyədə oynayacaqsan deyib, 1700 manatını aldılar - VİDEO

6 Yanvar 2022 16:18
0 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə futbol komandalarının birində oynadacağına söz verdi, hətta bunun müqabilində pul da aldı, amma nə pul geri gəldi, nə də futbol oynamaq qismət oldu...

İmişli rayon sakininin başına belə bir iş gəlib.

Rayonun Muradalı kənd sakini Fərhad Cəfərov iddia edir ki, övladı Kənan Cəfərli 2017-ci ildə imtahan verərək Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. Kənan birinci kursu bitirdikdən sonra Bəhruz adlı şəxs ona yaxınlaşaraq həm təhsilini Türkiyədə davam etdirmək, həm də Türkiyə komandalarında oynamaq üçün ona kömək edəcəyini və Azərbaycana qayıtdıqdan sonra onu milli komandada qapıçı kimi oynadacağına söz verib. Bunun müqabilində isə ondan 1700 manat pul istəyib.

Elə bütün hadisə də bundan sonra baş verib. Pulu adama verən ailə daha sonra nə həmin şəxsi  tapa bilib, nə də işləri düzəlib.

Biz də dələduzluq əməlində adı hallanan Bəhruz adlı şəxslə əlaqə saxlamağa çalışsaq da, telefonuna zəng çatmadı. İndi Cəfərovlar ailəsi təhsilhaqqı kimi yığdıqları pulun nə vaxtsa geri qaytarılacağını gözləyirlər.

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.