Ölkə

Onlayn mediaya güzəştlərlə bağlı iş gedir - Agentlik rəhbəri

9 Dekabr 2021 11:57
0 Şərh     Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onlayn media subyektlərinə güzəştlərin müəyyən edilməsi üzərində müvafiq nazirlikdə iş gedir. Xarici ölkədə yerləşən serverlərin daxili data mərkəzə yerləşdirilməsi üçün aidiyyəti nazirlikdə İşçi qrup yaradılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, hazırda çap mediası və onlayn mediaya dəstək göstərilir:

"Biz media subyektlərinin inkişaf etməsinə dəstək göstəririk. Maddi dəstək sırf inkişafa meyilli olmalıdır. Bu maddi dəstək və vergi güzəştlərinin tətbiq olunması media subyektləri arasında rəqabətin formalaşmasına kömək edəcək. Eyni zamanda jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı da işlər gedir. İndiyə qədər keçirilən təlimlər media nümayəndələrinin peşəkarlığının inkişafına müsbət təsir göstərib", - deyə Ə.İsmayılov vurğulayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.