Ölkə

​Türkiyənin “Hürkuş” təyyarəsi Bakı səmasında - YENİLƏNİB - VİDEO - FOTO

3 Dekabr 2021 18:51
0 Şərh     Baxış: 1 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:51

Türkiyə Respublikasının TUSAŞ şirkətinin istehsalı olan iki ədəd "Hürkuş" təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə "Hürkuş" hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub.

Tədbirdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər.

"Hürkuş" təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub.

Sonra hər iki qardaş ölkənin hərbi pilotlarının ölkəmizin hava məkanında birgə nümayiş uçuşları icra edilib.

General-leytenant R. Tahirov pilotların hazırlığını yüksək qiymətləndirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

------

15:03

Türkiyə istehsalı "Hürkuş" təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Twitter"də paylaşım edib.

Qeyd edək ki, "Hürkuş" təlim təyyarəsi NATO-ya üzv ölkələrin ordularında da istifadə olunacaq.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.