Ölkə

“QAZ 53” lə avtoşluq edən 17 yaşlı oğlan saxlanıldı - VİDEO

3 Dekabr 2021 18:06
0 Şərh     Baxış: 5 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda "QAZ 53" markalı yük maşını və "VAZ 2106" markalı avtomobillə avtoxuliqanlıq edən sürücülər saxlanılıblar.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, sosial şəbəkələrdə bir sürücünün Sumqayıt şəhərində "QAZ 53" markalı yük maşını ilə avtoxuliqanlıq hərəkətləri etdiyinin görüntüləri yayılıb. Həmin sürücünün şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, hadisə şəhər sakini 17 yaşlı Ə.Məmmədov tərəfindən atasına məxsus 31-BD-205 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törədilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və toplanan materiallar məhkəməyə göndərilib. Sürücünün yaşı nəzərə alındığı üçün barəsində inzibati qaydada həbs tətbiq edilməyib və o, 1000 manat məbləğində cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.