Ölkə

Azərbaycan və Türkiyə Qarabağda 128 kvadrat kilometr minalanmış ərazini birgə təmizləyib

30 Noyabr 2021 14:14
Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci Qarabağ müharibəsindən sonra imzalanmış atəşkəs çərçivəsində Türkiyənin Azərbaycana azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesində dəstəyi davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunub ki, bu günə qədər Türkiyə və Azərbaycan hərbçilərinin birgə fəaliyyəti nəticəsində 128 kvadrat kilometrlik ərazi minalardan və partlamamış sursatlardan təmizlənib:

"Bu proses çərçivəsində Azərbaycan ordusunun 1 025 nəfər şəxsi heyəti təlim keçib. "İki dövlət, bir millət" anlayışı ilə hər zaman bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində bundan sonra da yanlarında olmaqda davam edəcəyik", - deyə nazirliyin açıqlamasında bildirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.