Banklar

PAŞA Bank COVID-19 koronavirus pandemiyası ilə mübarizəyə yönəldilən Virtual Hackathon-a dəstək verən ilk bankdır

3 Aprel 2020 14:37
Baxış: 2 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada Koronavirus pandemiyasının yayılması hər bir təşkilatı və qurumu bu virusla mübarizə yollarının axtarmasına, həmçinin texnoloji həllərin yaratmasına sövq edir. COVID-19 virusu ilə mübarizəyə yönəldilən yeni texnoloji həlləri bir araya gətirmək üçün 9-12 aprel 2020-ci il tarixləri arasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC-nin təşkilatçılığı ilə ilk Virtual Hackathon keçiriləcək.

Hackathon-u dəstəkləyən tərəfdaşlar sırasına bir neçə yerli və beynəlxalq təşkilat artıq qoşulub. Maliyyə qurumları arasında bu mühüm təşəbbüsə ilk dəstəyi ölkənin aparıcı korporativ bankı PAŞA Bank verəcək.

Bankdan Trend-ə verilən məlumata görə mövcud vəziyyətdə iqtisadiyyatın yaşadığı krizisdən bir çox sahələrdə fəaliyyət göstərən bizneslər zərər görmüşdür. Koronavirusun təsirini mümkün dərəcədə azaltmaq üçün istər yerli, istərsə də dünya bazarında yeni rəqəmsal həllərin meydana gəlməsi, eyni zamanda rəqəmsal keçidin sürətinin artırılması, ölkədə rəqəmsal və distant tətbiqlərin inkişaf etdirilməsi yüksək əhəmiyyət kəsb edir. Bütün bunlar yaxın günlərdə keçiriləcək Hakathon-un əsas mövzuları olacaq.

Hackathon, ideya qəbulu haqda elandan başlayaraq, seçim mərhələsi və prototiplərin sınanması və ideyaların tətbiqinədək tamamilə virtual şəkildə keçiriləcək.

Hackathon-da iştirak etmək üçün www.hackcov19.com saytında qeydiyyatdan keçmək və qeyd olunmuş mövzu ilə bağlı ideyaların təsvirini təqdim etmək lazımdır. Göndərilən təkliflər dəyərləndiriləcək və üstünlük ən qısa zamanda həyata keçirilə biləcək ideyalara veriləcək. Qeyd olunmalıdır ki, Hackathon-un mükafat fondu - 10 min ABŞ dollarıdır.

Ətraflı məlumat: www.hackcov19.com

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.