Banklar

İki nəhəng iCloud Drive üçün birləşib

17 İyun 2019 08:45
0 Şərh     Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" və "Microsoft" şirkətləri bir sıra uyğunluq problemlərini həll edəcək "iCloud Drive" interfeysinin yaradılması üçün səylərini birləşdirib. Birləşmə mütəxəssislər tərəfindən "Microsoft" şirkətinin "Windows 10" əməliyyat sistemi ilə uyğunluq təşkil edən "Apple" məhsullarının olmamasına görə müsbət qarşılanıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni əlavə fərdi kompüter və ya smartfondan fotoşəkil, video, poçt və "iCloud" hesabı daxilində saxlanılan digər fayllara çıxışa imkan verəcək.

Bildirilir ki, əvvəllər istifadəçilər zəif sinxronlaşdırma sürəti və digər problemlərlə üzləşiblər.

"Windows 10" əməliyyat sistemi üçün "iCloud Drive" interfeysi artıq "Microsoft Store" əlavələr mağazasında yerləşdirilib.

Qeyd edək ki, "Apple" şirkəti "Apple Pay" sistemini bir sıra servislərinə yeni ödəniş üsulu kimi əlavə etməyə hazırlaşır. Sistem "iTunes", "App Store", "Apple Music" və "iCloud" servisləri tərəfindən dəstəklənəcək. Yenilikdən tədricən ABŞ, Kanada, Avstraliya, Sinqapur, Honkonq, Tayvan, Rusiya, BƏƏ və Ukrayna istifadəçiləri yararlana biləcəklər. "Apple Pay Cash" servisindən, həmçinin ABŞ sakinləri istifadə edə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.